BAKI, 22 may. TELEQRAF
Azərbaycanın siyasətini dünya gündəmi ilə uyğunlaşdırmaq istəyirik.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 Milli Koordinatoru Anar Quliyev Bakıda keçirilən WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.
O bildirib ki, son günlərdə sadəcə Azərbaycan üçün deyil, şəhərsalma üçün də önəmli günlər oldu.
"WUF13-də 58 mindən çox iştirakçı aktib iştirak edib. Onların arasında onlayn iştirakçılar da olub. Təxmini 400 nəfər spiker iştirak edib. 180 ölkədən nazirlər və bələdiyyələr iştirak edib", - o vurğulayıb.