AZ

Rüfət Mahmud: Bir il ərzində “İçərişəhər”də üç yeni muzey açılıb

BAKI, 22 may. TELEQRAF

Biz “İçərişəhər”i restoranların hesabına canlandıra bildik. Yadınızdadırsa, əvvəllər “İçərişəhər”ə insanlar gəlmirdi. Restoranaların açılması ilə Bakıda bir mədəniyyət yarandı ki, “şəmbə-bazar gəlin səhər yeməyimizi restoranlarda yeyək”.

Teleqraf xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud WUF13 çərçivəsində keçirilən “Tarixi şəhərlərdə rəqəmsal transformasiya: ağıllı irs, məlumat əsaslı idarəetmə və inklüziv şəhər gələcəyi” adlı tədbirdə çıxışında deyib.

“Söhbət ondan getmir ki, gəlin bunu azaldaq. Məqsəd odur ki, restoranlar artmasın. Bunu bildirdim ki, obyektlərin limiti müəyyənləşdirək və biz bunu edirik. Lakin elə edək ki, “İçərişəhər”ə gələn qonaq artıq yalnız yemək üçün gəlməsin. Məqsədimiz budur ki, onun orada keçirdiyi vaxtı unudulmaz eləyək. Son bir il ərzində “İçərişəhər”də üç yeni muzey açılıb.

Seçilən
23
teleqraf.com

1Mənbələr