AZ

Katya Şefer: “Orta Dəhliz regionda iş yerlərinin yaradılmasına töhfə verir”

“Orta Dəhliz investisiyaların cəlb edilməsi, iş yerlərinin yaradılması və Mərkəzi Asiya regionuna diqqətin artırılması üçün imkanlar açır”.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bunu UN-Habitat-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regionlararası məsləhətçisi Katya Şefer Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
 

"Hökumətlərin Orta Dəhlizin - regiona diqqəti cəlb etmək, iş yerləri yaratmaq və maliyyə kapitalının axını imkanı kimi nəzərdən keçirildiyi bir şəraitdə necə qarşılıqlı fəaliyyət göstərdiyini müşahidə etmək maraqlıdır", - K.Şefer qeyd edib.


O vurğulayıb ki, hər bir yeni infrastruktur layihəsi əraziyə, şəhər mühitinə və əhalinin həyatına təsir göstərir.

UN-Habitat nümayəndəsinin sözlərinə görə, yeni şəhərlərin inkişafı zamanı su resursları, iqlim riskləri daxil olmaqla dayanıqlılıq məsələlərini nəzərə almaq vacibdir.

K.Şefer həmçinin geniş əraziyə və müxtəlif urbanizasiya modellərinə malik ölkələrdə şəhərlərin və yaşayış məntəqələrinin inkişafına polisentrik yanaşmanın zəruriliyini qeyd edib.

Bizim.Media

Seçilən
36
1
bizim.media

2Mənbələr