“Son günlər təkcə Azərbaycan üçün yox, ümumi şəhərsalma üçün önəmli gün oldu. Yerli icmalar, qadın haqları və s. bütün yollarla daha inklüziv şəhərsalma ilə bağlı işlər görürük. İstəyirik ki, siyasəti dünya gündəmi ilə uyğunlaşdıraq. BMT HABİTAT-dan dəstək görmək də xoşdur”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Rəsmi Bağlama: WUF13-ün mətbuat konfransında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev səsləndirdi.
“58 mindən çox iştirakçı aktiv formada iştirak edib. 400 nəfərdən çox spiker iştirak edib. 60-ı Azərbaycanda olub. Biz burada gələcəyin əməkdaşlığının təməllərini atmışıq. Bu şəhərsalma forumunda ilk olub. Dövlət başçısının liderlik etdiyi tədbirdə göstərdik ki, şəhərsalma ilə bağlı möhtəşəm siyasi addımlar ata bilmişik. Bütün dünyada icmaların inkişafına töhfələr önəmli hesab edirik. 180 ölkənin nazirləri və bələdiyyələri iştirak edib. Praktiki tövsiyələr verilib.
İşğaldan azad olunan ərazilərdə yüksək bərpa işləri aparırıq. Çoxsaylı ağıllı kəndlər və digər proqramlar həyata keçiririk. Daxili köçkünlərin yerdəyişməsi üçün planlar hazırlamışıq. Bu tədbir çərçivəsində irəli gedən məqsədlər irəli sürülüb”.
Aytəkin TOFİQQIZI