AZ

İngiltərə çempionu qapıçısını Bundesliqa klubuna satdı

İngiltərə Premyer Liqasının son qalibi "Arsenal" qapıçısı Karl Eyni satıb. 

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Dominik Şnayder özününü sosial media ("X") hesabı üzərindən yayıb.

London nəhəngi 24 yaşlı qolkiperi "Verder"ə satıb. Almaniya klubu estoniyalı oyunçunu ötən yay icarəyə götürüb və indi onun sərbəst qalma bəndini aktivləşdirib və bunun üçün qarşı tərəfə cəmi 3 milyon avro ödəyəcək. Karlla dörd illik müqavilə bağlanıb.

Eyn 2025/26 mövsümündə cəmi iki oyunda - "Bayern Münhen"ə (0:4) və "Sant Pauli"yə (1:0) qarşı oynayıb.

"Arsenal"da olduğu müddətdə qapıçı həmçinin "Ridinq" və "Valyadolid"də də icarədə olub.

Mirağa

Seçilən
20
1
fanat.az

2Mənbələr