“Platform sosial icmaların da çox önəmli olduğunu bizə göstərdi. QHT-lərin burada olan tədbirlərində də gördük ki, şəhərsalmada onların önəmi çox böyükdür. Birlikdə şəhərsalmanı inkişaf etdirmək üçün çağırış etdik”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Rəsmi Bağlama: WUF13-ün mətbuat konfransında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dedi.
“Təxminən 97 fərqli tədbir keçirdik. Pavilyonlarda hər bir ölkə 30-dan çox tədbir keçirərək özünü təmsil etdi. Bütün ölkəboyu deyil, bütün dünyaya mesajlar verməyə çalışdıq. Könüllülərin sayı və iştirakları gəncliyin nə qədər dinamik olduğunu bizə göstərdi. Gündəmə yeni nəfəs olacaq tədbirdə olduğumuzdan çox qürur duyduq. Yaşıl infrastrukturu ən önəmli nöqtələrdən biri olaraq seçdik”.
Aytəkin TOFİQQIZI