AZ

Aqil Abbas: ““Uşaqpulu”nun verilməsinin tərəfdarıyam”

“Mən də “uşaqpulu”nun verilməsinin tərəfdarıyam. Bu uşağı böyüdürsən, dünyanın hansı yerində olursa-olsun “uşaqpulu” verilməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

A.Abbas deyib ki, Azərbaycan hökuməti “uşaqpulu”nu dayandırıb, əvəzində isə aztəminatlı ailələrə yardım verir: “Belə sistem yaradıblar. Kim çox maaş alırsa, ona yox, az təminatlı ailələrə verilsin. Sistemi yaradanlar bu fikrin üzərində dururlar. Amma mən “uşaqpulu”nun verilməsinin tərəfdarıyam, vəssalam”.

 

Şəhanə Quliyeva

Tarix: 22 May 2026, 13:35   
Seçilən
39
9
pravda.az

10Mənbələr