BAKI, 22 may. TELEQRAF
Azərbaycan tərəfindən aparılan yenidənqurma prosesi ərazilərdə sülhün və inkişafın davamlılığının təmin olunması baxımından nümunəvi model kimi çıxış edir.
Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib.