AZ

Anar Quliyev: Mənzil təminatı insanların qürur və ləyaqətinin qorunmasıdır

BAKI, 22 may. TELEQRAF

Mənzil təminatı insanların hüququ olmaqla yanaşı qürur və ləyaqətin qorunmasıdır.

Teleqraf xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 Milli Koordinatoru Anar Quliyev Bakıda keçirilən WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.

O bildirib ki, WUF 13 çərçivəsində müzakirələrdə mənzil böhranının aradan qaldırılmasında ölkələr arasında əməkdşalığın önəmini gördük.

Onun sözlərinə görə, əməli addımlara ehtiyac var:

"Sadəcə danışıqlar azdır. Forumda bölüşülən təcrübə ilə 5 milyarddan çox insana təsir göstərmək istəyirik. Mənzil təminatı BMT-nin əsa deklerasiyasından biridir. Biz, dünyaya bu barədə çağırış edirik".

Seçilən
13
teleqraf.com

1Mənbələr