AZ

“Hyundai” ABŞ-də 420 mindən çox avtomobili geri çağırır

“Hyundai Motor Company” proqram təminatındakı səhvə görə ABŞ-də 421 min avtomobili geri çağıracaq. Bu barədə “Reuters” ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatlarına istinadən xəbər verib.

Məlumata görə, geri çağırılma 2025 və 2026-cı illərdə istehsal olunmuş “Santa Cruz” pikaplarına, həmçinin “Tucson”, “Tucson Hybrid” və “Tucson Plug-In Hybrid Electric” krossoverlərinə şamil ediləcək. Tənzimləyici bildirib ki, nasazlıq ön kameralardakı proqram səhvi ilə bağlıdır. Bu problem frontal toqquşmaların qarşısını alan sistemin vaxtından əvvəl aktivləşməsinə və əyləclərin qəfil işə düşməsinə səbəb ola bilər ki, bu da qəza riskini artırır.

Agentliyin yazdığına görə, “Hyundai” dilerləri ön kameraların proqram təminatını pulsuz yeniləyəcəklər.

Seçilən
30
banker.az

1Mənbələr