Bakı, 22 may, AZƏRTAC
Müasir dövrdə şəhərlərin qarşısında duran ən böyük problemlərdən biri iqlim dəyişiklikləri ilə mübarizə aparmaq, eyni zamanda mənzil böhranına cavab verməkdir.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Kanadanın “Kvebek Sərhədsiz memarlıq” təşkilatının proqram direktoru Elen Lövasör söyləyib.
İqlim dəyişiklikləri ilə mübarizə aparmaq istiqamətində daha çox tərəfdaşlıq qurulmasının vacibliyini diqqətə çatdıran Elen Lövasör deyib: “Həm hökumətlərlə, həm yerli təşkilatlarla, həm də icma təşkilatları ilə birlikdə çalışmaq vacibdir ki, heç kim diqqətdən kənarda qalmasın”.
Müxbir - Fidan Əlizadə
Videoperator - İlham Nadirov