AZ

“2030 Gündəliyinin icrası üçün qarşıdakı beş il həlledici olacaq”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

UN-Habitatın icraçı direktoru Anaclaudia Rossbax bildirib ki, 2016-cı ildə qəbul edilən qlobal öhdəliklərin icrası istiqamətində artıq yeni mərhələyə keçilir və əsas diqqət 2030 Gündəliyinin həyata keçirilməsinə yönəlib.

O qeyd edib ki, qarşıdakı beş il dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından xüsusi əhəmiyyət daşıyır:

“2030 Gündəliyinin bu hissəsinin icrası üçün bizim cəmi beş ilimiz qalıb. İndi əsas məsələ qarşıdakı dövrdə hansı addımların atılmasının mümkün olduğunu müəyyənləşdirməkdir”.

Anaclaudia Rossbax vurğulayıb ki, sağlamlıq, iqtisadiyyat və sosial sistemlərin inkişafını əhatə edən inteqrasiya olunmuş yanaşmalar əsas prioritetlərdən biridir.

Onun sözlərinə görə, dayanıqlı və effektiv səhiyyə sistemləri, eləcə də təhsil sahəsi qlobal gündəliyin mərkəzində dayanır:

“Səhiyyə və təhsil sistemləri dayanıqlı inkişaf gündəliyinin əsas sütunlarıdır. İnsanların bu prosesə marağının davam etməsi görüləcək işlərin miqyasını göstərir”.

UN-Habitat rəsmisi yaxın dövrdə keçiriləcək beynəlxalq platformaların Dayanıqlı İnkişaf Məqsədləri üzrə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm rol oynayacağını bildirib.

O əlavə edib ki, BMT müxtəlif ölkələrə inkişaf və inteqrasiya proqramlarının həyata keçirilməsi istiqamətində dəstəyini davam etdirir:

“Bu, uzunmüddətli prosesdir. Lakin biz ölkələrin inkişaf və inteqrasiya proqramlarının icrasında dəstək göstərməyə davam edirik”.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
bizimyol.info

1Mənbələr