AZ

Mourinyunun Real a yolu açıldı Arbeloadan vida açıqlaması

ain.az, Fanat saytına istinadən bildirir.

Beş aydan az müddət "Real Madrid"i çalışdıran Alvaro Albeloa baş məşqçi postundan ayrılacağını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis son tur ərəfəsində keçirilən mətbuat konfransında mövsümdən sonra klubdan ayrılacağını təsdiqləyib.

Jurnalist Dominik Şnayder onun dediklərini belə təqdim edib: 

"Mən "Real Madrid"dən böyük minnətdarlıqla ayrılıram. Bu oyunçular məni daha yaxşı insan, məşqçi etdilər. Onlarla birgə xeyli sevincli anlar yaşadım".

Xatırladaq ki, Arbeloa Xabi Alonsonu yanvarın ortalarında əvəz etmişdi. Onun rəhbərliyi altında "Real Madrid"də xaos hökm sürürdü, bir neçə oyunçu meydandan kənarda intizam problemi ilə üzləşdi. Meydanda da işlər yaxşı getmədi: "Real" mövsümü titulsuz başa vurdu. 

"Kral Klubu"nun sabiq çalışdırıcısı Joze Mourinyu Arbeloanın xələfi olmağa hazırdır. "Benfika" portuqaliyalı məşqçinin müqaviləsindəki sərbəst buraxma bəndini işə salmağa razıdır. Keçid haqqı üç milyon avrodur. 

Arbeloanın Madriddəki müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulmuşdu.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
fanat.az

2Mənbələr