AZ

ABŞ İran saziş layihəsi: Tərəflər birgə mexanizm yarada bilər

ain.az, 525.az portalına istinadən məlumat yayır.

İran-ABŞ sazişinin layihəsində Tehranın müəyyən şərtlərə əməl etməsi müqabilində Amerika sanksiyalarının ləğvi təklif olunur.

525.az xəbər verir ki, bu barədə "Al Hadath TV" məlumat yayıb.

Bildirilir ki, Vaşinqton gələcək razılaşma çərçivəsində İrana qarşı məhdudiyyətləri tədricən aradan qaldırmağa hazırdır, lakin Tehran ikitərəfli razılaşmanın bütün şərtlərinə ciddi şəkildə əməl etməlidir.

Kanalın əldə etdiyi sənəd layihəsinə görə, mümkün razılaşmanın bir hissəsi olaraq, İran və ABŞ münaqişənin həlli üçün birgə mexanizm yaratmaq niyyətindədirlər.

Layihədə, həmçinin hər iki tərəfin hərbi infrastruktur da daxil olmaqla, bütün obyektlərə hücumları dayandırmaq öhdəlikləri yer alır, həmçinin bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur. 

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio administrasiyanın İran ətrafındakı vəziyyətlə bağlı danışıqlarda məhdud irəliləyiş müşahidə etdiyini deyib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
525.az

1Mənbələr