AZ

Ermənistanda deputatlığa namizəd xəyanətdə ittiham olunur – Evində axtarış aparıldı


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bu gün “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd Andranik Tevanyanın evində və ofisində axtarış aparıblar.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, axtarışla bağlı partiyanın idarə heyətinin üzvü, siyasətçinin köməkçisi Areqnaz Manukyan məlumat yayıb.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi bir gün əvvəl “Çiçəklənən Ermənistan” Partiyasının deputtalığa namizədini dövlətə xəyanətdə və casusluqda ittiham edib. İstintaq Komitəsi elan edib ki, Tevonyan 2024-cü ildə xarici kəşfiyyat xidmətləri tərəfindən əməkdaşlığa cəlb edilib. O, həmin ilin aprel ayında keçirilən qapalı parlament müzakirəsindən qanunsuz olaraq ətraflı məlumat toplayıb və dövlət sirri kimi təsnif edilən bu məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürüb. Tevanyan bu məlumatların müqabilində 622 000 dollar alıb. Toplanmış materiallar əsasında ona qarşı dövlətə xəyanət və casusluq maddələri üzrə cinayət işi açılıb.
Xatırladaq ki, bundan bir güm əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan da seçkiqabağı təşviqat kampaniyası çərşivəsindəki çıxışında Andranik Tevanyanı dövlətə xəyanətdə və casusluqda ittiham etmişdi.
Seçilən
2
yeniavaz.com

1Mənbələr