AZ

Çində qəribə hadisə: 3 il 1,3 kq-lıq daşla gəzdi

Çində bir kişinin sidik kisəsindən üç il ərzində daşıdığı 1,3 kiloqram çəkisi olan daş çıxarılıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Oddity Central” yazır.

Luntan şəhərindən olan Çen soyadlı fermer üç il ərzində sidik ifrazı problemlərindən əziyyət çəksə də, həkimlərdən qaçıb. O, nəhayət xəstəxanaya müraciət etdikdə, həkimlər onun sidik kisəsində nəhəng bir daş aşkar ediblər. Daşın eni 10 sm, uzunluğu 13 sm, çəkisi isə 1,3 kiloqram olub.

Baş həkimin müavini Lin Yuan bildirib ki, daş sidik kisəsinin demək olar ki, bütün həcmini tutub və sidik üçün yer qoymayıb. Orqan divarlarına düşən təzyiq həyati təhlükə yaradıb. Pasiyent özü diaqnozdan şoka düşdüyünü və təhlükədən xəbərsiz olduğunu etiraf edib.

Xəstəxana həkimlərdən ibarət çoxsahəli komanda toplayıb və onlar daşı uğurla xaric ediblər.

Bu, dünyada ən böyük daş olmasa da, həkimlər onu Quandun əyaləti üçün rekord göstərici adlandırıblar.

“Əgər üç il əvvəl müalicəyə gəlsəydim, belə hədər yerə əzab çəkməzdim”, — deyə fermer əlavə edib.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr