
“ABŞ və İran danışıqlarda müəyyən irəliləyiş əldə ediblər”.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən mətbuat konfransı zamanı məlumat verib.
"Davam edən müzakirələrdə müəyyən irəliləyişlər var. Şişirtmək istəmirəm, amma irəliləyiş var və bu yaxşıdır. Əsas məsələlər eyni olaraq qalır, İran nüvə silahına sahib ola bilməz", - deyə siyasətçi vurğulayıb.
Rubionun sözlərinə görə, bunu təmin etmək üçün uranın zənginləşdirilməsi, eləcə də yüksək dərəcədə zənginləşdirilmiş uranın alınması məsələsini həll etmək lazımdır.
O qeyd edib ki, məsələlərdən biri Hörmüz boğazı məsələsidir.
“İran ödənişli sistem tətbiq etməyə çalışır. Onlar Omanı beynəlxalq su yollarında ödənişli sistemə qoşulmağa inandırmağa çalışırlar”, - deyə Rubio bildirib.
Daşqın HəsənovMissiya.Az