Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova keçirilən WUF-13 tədbirinin əhəmiyyəti və qlobal çağırışlarla bağlı Moderator.az-a müsahibə verib.
Bahar Muradova müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycan üçün strateji əhəmiyyətindən danışıb. O, forumun şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə dövründə aparılan yenidənqurma siyasəti baxımından mühüm beynəlxalq platforma olduğunu bildirib.