Texnologiya dünyası bərbərlik sənətində yeni bir dövrün qapılarını açır.
Musavat.com xəbər verir ki, Çində süni intellektlə idarə olunan robotların fəaliyyət göstərdiyi ekspres-saç kəsimi kabinələri istifadəyə verilib.
Yeni xidmətdən yararlanmaq istəyən müştərilər cəmi 60 yuan (təxminən 14 AZN) ödəməklə saçlarını süni intellektə həvalə edə bilirlər.
Robot-bərbər qısa müddət ərzində müştəriyə dəbli və müasir saç forması verir.
Lakin bu innovativ xidmətin bir mənfi tərəfi var: saç kəsiminin nəticəsindən narazı qaldıqda, şikayət edə biləcəyiniz heç bir canlı bərbər tapılmır. Odur ki, bu kabinələrə daxil olanlar nəticəyə indidən razı olmalıdırlar.
Musavat.com