ain.az, Milli.az portalına istinadən məlumat verir.
ABŞ-nin Los-Anceles şəhərində lentə alınan maraqlı görüntülər sosial şəbəkələrdə diqqət çəkib.
Milli.Az xəbər verir ki, bir qrup gəncin küçələrdə VAZ-2107 markalı avtomobillə gəzməsi maraq doğurub.
Gənclər avtomobildə Azərbaycan musiqisi səsləndirərək şəhər küçələrində əyləncəli anlar yaşayıblar. Xüsusilə "Bakılı balasıyam" mahnısının səsləndirilməsi izləyicilərin diqqətindən yayınmayıb.
Yayılan görüntülər qısa zamanda sosial mediada geniş yayılıb və istifadəçilər tərəfindən maraqla qarşılanıb. Bir çoxları xarici ölkədə Azərbaycan musiqisinin səslənməsini qürurverici hesab edib.
Hüseyn
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.