AZ

78 yaşlı bu qadın heç bir ağrı hiss etmir - Qeyri-adi səbəb - VİDEO

Bu qadının bədəni həddindən çox xoşbəxtlik hormonu istehsal etdiyi üçün heç bir ağrı hiss etmir.
 
Ölkə.Az xarici KİV-ə istinadən xəbər verir ki, 78 yaşlı Co Kameronun bədənində yaraları sürətlə sağaldan və ağrıya mane olan bir mutasiya aşkarlanıb.
 
Mətbəxdə tez-tez bədəninin müxtəlif hissələri kəsilən yaşlı qadın heç bir formada ağrı duymadığını deyir.
 
Hətta əməliyyat edildikdə belə Kamerona narkoz verilmir.
Yaxşı bir şey kimi görünsə də, yaşlı qadın bu səbəbdən bir neçə dəfə ölümdən döndüyünü deyir.
Məsələn, daha əvvəl onun dərisi yansa da, yanıq iyi gələnə qədər bunu hiss etməyib.
Elm adamları Co Kameronla bağlı tədqiqatlarını davam etdirir.
 
Billurə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Ölkə Az (@olke.az)

Seçilən
34
2
olke.az

3Mənbələr