"Könüllülər bizi çox heyran etdi" -
"Əla tədbirdir. Biz ilk dəfədir ki, belə bir tədbirdə iştirak edirik. Buna görə də tamamilə heyrətamizdir və burada öyrənilməli çox şey var".Bu sözləri Metbuat.az açıqlamasında Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edən Pakistanın Sialkot şəhərindən nümayəndə Qriffin Kristofer deyib. O, tədbiri yüksək qiymətləndirib: "Mən həmişə deyirəm ki, mənzil sadəcə kərpic deyil, bu bir hissdir. Bu, insanlar üçün bir hissdir. Azərbaycan hökumətinə və bu tədbiri çox yaxşı təşkil edən bütün iştirakçılara və bütün təşkilatçılara uğurlar arzulayıram. Çox müsbət, çox öyrədici və çox yaxşı təşkil olunmuş tədbirdir. Hər şey həddindən artıq yaxşı təşkil olunub. Xüsusilə də könüllülər bizi çox heyran etdi. Qeyd etdiyim kimi, mən bu konfransda ilk dəfədir iştirak edirəm və ehtiyacımız olan hər yerdə könüllülər bizə yol göstərdilər. Bizə çox yaxşı bələdçilik etdilər. Buna görə də çox şadıq. Bu tədbiri təşkil edənlərin hamısını ürəkdən təbrik edirəm".Gülçin Aslanlı