AZ

Dünyanın ən qısa təyyarə reysi Cəmi 53 saniyə çəkir

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Şotlandiyanın şimalındakı "Orkney Islands" hava nəqliyyatı tarixinin ən maraqlı rekordlarından birinə ev sahibliyi edir.

Sherg.az xəbər verir ki, Vestray ilə Papa Vestray arasında həyata keçirilən müntəzəm aviareys dünyanın ən qısa kommersiya uçuşu hesab olunur.

İki ada arasındakı məsafə cəmi 2,7 kilometrdir. Uçuş adətən 90 saniyə davam etsə də, əlverişli hava şəraitində bu müddət 53 saniyəyə qədər enə bilir. Bu göstərici reysin adını Gennesin Rekordlar Kitabına salıb.

1967-ci ildən fəaliyyət göstərən marşrut Loganair tərəfindən idarə olunur. Səkkiz sərnişin tutumlu kiçik təyyarə əsasən adalar arasında yaşayan sakinlərin, müəllimlərin və tibb işçilərinin nəqliyyat ehtiyaclarını qarşılayır.

Təxminən 90 nəfərin yaşadığı Papa Vestrey adası ilə 600-ə yaxın sakini olan Vestrey adası arasında körpü olmadığından, hava nəqliyyatı yerli əhali üçün mühüm əhəmiyyət daşıyır. Bərələr pis hava şəraitinə görə tez-tez fəaliyyətini dayandırdığından, bu qısa uçuş bir çox hallarda yeganə etibarlı nəqliyyat vasitəsi hesab olunur.

Sərnişinlərin sözlərinə görə, uçuş o qədər qısadır ki, bəzən təyyarə havaya qalxdıqdan dərhal sonra enişə başlayır və təhlükəsizlik kəmərini açmağa belə vaxt qalmır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
sherg.az

1Mənbələr