AZ

Natali Mouravidze: Azərbaycan Avropa ilə Asiya arasında əsas nəqliyyat-logistika qovşağı mövqeyini inamla möhkəmləndirir

Bakı, 22 may, AZƏRTAC

Son illərdə Azərbaycan bir neçə strateji sahənin eyni vaxtda inkişafı sayəsində xüsusilə təsirli transformasiya nümayiş etdirib.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze AZƏRTAC-a eksklüziv müsahibə verib.

Onun sözlərinə görə, ölkə enerji sektorundakı ənənəvi güclü tərəflərindən effektiv şəkildə istifadə etməklə yanaşı, bərpaolunan enerji mənbələrinin getdikcə vacib rol oynadığı daha şaxələndirilmiş və gələcəyə yönəlmiş iqtisadi modelə də davamlı keçid edir.

Agentliyin müsahibi vurğulayıb ki, Azərbaycan, xüsusən də Orta Dəhlizin inkişafı vasitəsilə Avropa ilə Asiya arasında əsas nəqliyyat-logistika qovşağı mövqeyini inamla möhkəmləndirir.

Mouravidzenin sözlərinə görə, qarşıya qoyulan məqsədlərin miqyası, strateji baxış və bu islahatların əsasını təşkil edən uzunmüddətli yanaşma xüsusilə diqqətəlayiqdir.

Nümayəndəlik rəhbəri qeyd etdiyi kimi, davam edən dəyişikliklər qlobal çağırışlara effektiv şəkildə uyğunlaşa və uzunmüddətli artımı təmin edə bilən daha dayanıqlı, rəqabətədavamlı və şaxələndirilmiş iqtisadiyyatın formalaşmasına töhfə verir.

Müxbir – Tamilla Məmmədova

 

Seçilən
23
1
azertag.az

2Mənbələr