AZ

"Atlant"la bağlı qalmaqal davam edir - Zərərçəkmişlər istəyinə nail ola biləcəkmi?

"Atlant"la bağlı qalmaqal davam edir - Zərərçəkmişlər istəyinə nail ola biləcəkmi?171 nəfərə qarşı dələduzluqda ittiham olunan Nofəl Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi iyunun ayının 9-da keçiriləcək.

Qaynarinfo-ya daxil olan məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmişlər dəymiş ziyanın ödənilməsi üçün "Atlant" İstirahət Mərkəzinin satılmasını növbəti dəfə gündəmə gətiriblər.

Zərəçəkmişlər bundan əvvəlki prosesdə eyni tələblə çıxış ediblər. Həmçinin "Atlant" İstirahət Mərkəzinin sahibi, iş adamı Tahir Qədəşovun həbsini tələb ediblər.

Nofəl Hacıyev Tahir Qədəşovun kürəkənidir. Zərərçəkmişlər iddia edir ki, onlardan alınan pullar "Atlant" İstirahət Mərkəzinə xərclənib. Onların fikrincə, cinayət işində əsas fiqurant məhz Tahir Qədəşovdur.

Yada salaq ki, Nofəl Hacıyev 171 nəfərdən 14 milyon manatdan artıq pul alıb. O, zərərçəkmişlərə "Təbriz" MTK-nın inşa etdiyi binalardan mənzil satacağını vəd edib. Lakin vədinə əməl etməyib.

Seçilən
36
sonxeber.az

1Mənbələr