AZ

İngiltərə millisinin Dünya Kuboku heyəti açıqlandı

2026-cı il FİFA Dünya Kubokuna hazırlıqlar davam edərkən, İngiltərə millisi turnir üçün yekun heyətini açıqlayıb. Baş məşqçi Thomas Tuchelin seçiminə əsasən, komandaya 26 futbolçu dəvət olunub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, açıqlanan siyahıda diqqət çəkən məqamlardan biri isə bir neçə məşhur futbolçunun heyətdən kənarda qalması olub. Belə ki, Trent Alexander-Arnold, Phil Foden, Cole Palmer və Harry Maguire Dünya Kuboku heyətinə daxil edilməyib.

Bundan əlavə, Luke Shaw, Lewis Hall, Levi Colwill, Adam Wharton, Alex Scott, Morgan Gibbs-White, Jarrod Bowen və Danny Welbeck də yekun siyahıda yer almayıblar.

İngiltərə millisinin 26 nəfərlik heyəti

Qapıçılar:
Din Henderson, Cordan Pikford, Ceyms Trafford

Müdafiəçilər:
Den Börn, Mark Gehi, Ris Ceyms, Ezri Konsa, Tino Livramento, Niko O’Rayli, Jarell Kuansa, Ced Spens, Con Stouns

Yarımmüdafiəçilər:
Elliot Anderson, Jude Bellingham, Ebereçi Eze, Cordan Henderson, Kobbi Mainu, Deklan Rays, Morqan Rocers

Hücumçular:
Bukayo Saka, Harri Keyn, Entoni Qordon, Olli Uotkins, Ayvan Toni, Noni Madueke, Markus Reşford, Dominik Solanke

İngiltərə millisinin heyəti futbol ictimaiyyətində böyük müzakirələrə səbəb olub. Xüsusilə Fil Foden və Koul Palmer kimi ulduz futbolçuların kənarda qalması azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Lətifə Abdıyeva

Seçilən
21
sia.az

1Mənbələr