AZ

Azərbaycanda 330 kq çəkili kişi əməliyyat olundu Video

ain.az, Medicina saytına istinadən bildirir.

Azərbaycanda ən ağır çəkili kişi mədəkiçiltmə əməliyyatı olunub.

Medicina.az xəbər verir ki, 330 kq çəki ilə gələn pasiyent 3 aylıq ciddi hazırlıq prosesindən sonra (anestezioloq, kardioloq, pulmonoloq, endokrinoloq və s. müalıcələri ) 301 kq. çəki ilə əməliyyata alınıb.

Bariatrik cərrah Taryel Ömərov xəstənin illər ərzində arıqlama iynələri, kofeleri və sair metodlar sınadığını, lakin effektiv nəticə almadığını bildirib.

Xəstənin sözlərinə görə, bu çəki ilə hərəkət çox əziyyətli idi.

“Bu çəki məni həyatda çox şeydən geri saldı. Maşına minə bilmirdim. Hara gedirdim, hamı qəribə baxırdı. Yaxın dostumu Taryel həkim əməliyyat etmişdi, çox yaxşı olmuşdu, ondan sonra qərara gəldim. Daha çox hərəkət edəndə bel, ayaq, baş ağrıyırdı”.

Həkimin bildirdiyinə görə, əməliyyat uğurlu keçib, xəstənin vəziyyəti qənaətbəxşdir.

“Burda xəstənin böyük bir əzmi var. O çəki ilə xəstə əməliyyata hazırlıq mərhələsindən keçməli idi, ürək, ağciyərlərin gücü artırılmalı idi. Xəstə 2 ay ərzində çox ciddi hazırlaşdı. Ona görə də əməliyyata gələndə artıq 30 kq arıqlamışdı. Hazırda hər şey əladır”.

Aygün Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
2
icma.az

3Mənbələr