AZ

Dövlət rəsmiləri WUF13-ün bağlanış mərasimində - FOTO

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bu gün bağlanış mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, mərasimə bir sıra dövlət rəsmiləri də qatılıb.

Belə ki, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər rəsmilər mərasimdə iştirak edirlər.

Xatırladaq ki, WUF13 mayın17–22-də Bakıda keçirilən dünyanın ən nüfuzlu şəhərsalma tədbiridir.

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan forum, "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunub.








Vüqar Ağayev, Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr