AZ

Ölkəni şoka salan OLAY: ata ana uşaqlarının gözlərini bağlayıb meşədə azdırdı

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Portuqaliyada 41 yaşlı Marin Russo və onun 55 yaşlı həyat yoldaşı Mark Ballabriqa uşaqlara qarşı qəddar rəftar şübhəsi ilə saxlanılıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, cütlük 5 və 3 yaşlı oğullarını gözləri bağlı vəziyyətdə meşədə tərk edib. Oğlanlar Alkaser-du-Sal və Komporta kurort şəhərləri arasındakı yol boyunca dolaşarkən tapılıblar.

Uşaqları yerli çörəkçi Artur Kvintaş aşkarlayıb. Onun sözlərinə görə, uşaqlar qorxu içində olublar, ağlayıblar və atalarını çağırıblar.

Böyük qardaş bildirib ki, valideynləri onları meşəyə apararaq “şeytanı qovmaq” üçün oyun oynayacaqlarını deyiblər. Uşaqların gözləri bağlanıb və onlara torpaqda basdırılmış bıçağı tapandan sonra sarğını çıxarmaq tapşırılıb.

Böyük uşaq böyüklərin göstərişinə uyğun olaraq torpağı qazmağa çalışıb. Daha sonra gözündəki sarğını çıxaranda anlayıb ki, qardaşı ilə birlikdə meşədə tək qalıb, valideynləri artıq gediblər.

Valideynlərin Fransa nömrəli avtomobili yaxınlıqdakı kafelərdən birinin yanında park edilmiş vəziyyətdə tapılıb. “CNN Portugal”ın məlumatına görə, Marin və Mark polis onlara yaxınlaşana qədər orada bir neçə saat keçiriblər.

Saxlanılarkən ana və ögey ata susmaq hüququndan istifadə ediblər. Polis məişət zorakılığı və azyaşlılara qarşı qəddar rəftar maddələri ilə cinayət işi açıb.

Hazırda uşaqlar sosial xidmət orqanlarının himayəsinə verilib və onların sağlamlığına təhlükə olmadığı bildirilir. Hüquq-mühafizə orqanları hadisənin bütün detallarını araşdırmaqda davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
lent.az

1Mənbələr