BAKI, 22 may. TELEQRAF
"Bank Barclays" artan risklərə baxmayaraq 2026-cı ildə "Brent" markalı neftin orta qiymətinin 100 dollar olacağı proqnozunu qüvvədə saxlayıb.
Teleqraf xəbər verir ki, "Brent" markalı neftin fyuçersləri hazırda 105 dollara satılır. Bu, ABŞ və İran arasında sülh nizamlanması perspektivləri ilə bağlı qeyri-müəyyənliklə bağlıdır. Hörmüz boğazının bağlı olması hələ də bazara təzyiq göstərir.
Münaqişədən əvvəl qlobal enerji təchizatının təxminən 20%-i Hörmüz boğazından keçirdi. Münaqişə başlayandan Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Küveyt kimi ölkələrdə hasilatın azalması bazara 14 milyon barel az neft çıxarəlmasına səbəb olub. Bu da qlobal tədarükün 14%-ni təşkil edir.
Bankın məlumatına görə, hazırkı tendensiyalar gündəlik 6-8 milyon barel kəsiri göstərir. Bu arada ABŞ-nin neft ehtiyatları da 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
"Barclays"dab bildirilib ki, hətta Hörmüz boğazı tamamilə açılsa belə, neft ehtiyatları ən optimist proqnozlar altında 20 milyon bareldən az olacaq. Neftə tələbat isə sabit olaraq qalır.