AZ

“WUF13 mənzil məsələsini qlobal şəhərsalma gündəliyinin mərkəzinə çıxardı”

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Biz bütün iştirakçılara, tərəfdaşlara, təşkilatçılara, tərcüməçilərə, texniki heyətə, xidmət təminatçılarına, eləcə də dövlət, özəl və vətəndaş cəmiyyəti institutlarına minnətdarıq. Məhz sizin ortaq ruhunuz bu forumun əsl mahiyyətini formalaşdırdı, inklüzivliyi real həyata çevirdi və dialoqu birgə fəaliyyətə istiqamətləndirdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.

“Sonda isə bu forumun uğurla keçirilməsinə böyük töhfə verən, tədbir ətrafında dostluq, birlik və ortaq məqsəd mühiti yaradan Azərbaycan xalqına səmimi təşəkkürümü bildirirəm.

Son günlər ərzində WUF13 şəhərlərimizin və icmalarımızın gələcəyi ilə bağlı dialoq, tərəfdaşlıq və ortaq düşüncə üçün həqiqətən qlobal platformaya çevrildi. WUF13 mənzil məsələsini qlobal şəhərsalma gündəliyinin mərkəzinə çıxardı və bir daha təsdiqlədi ki, adekvat, əlçatan, təhlükəsiz və dayanıqlı mənzilə çıxış dövrümüzün ən mühüm çağırışlarından biridir.

Forum boyunca aparılan müzakirələr göstərdi ki, mənzil yalnız əsas insan ehtiyacı deyil, eyni zamanda ləyaqətin, dayanıqlılığın, sosial inklüzivliyin, iqtisadi imkanların və davamlı inkişafın təməlidir.

WUF13 qlobal mənzil böhranının həllinə dəstək verməli, bunun üçün isə effektiv çoxtərəfli əməkdaşlıq və daha güclü tərəfdaşlıqlar qurulmalıdır”, - A.Quliyev çıxışında bildirib.

Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə keçirilən liderlər seqmenti və burada dövlət və hökumət başçılarının iştirakı WUF13-ün ən yadda qalan məqamlarından birinə çevrildi: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı da tədbirin əsas məqamları sırasında xüsusi yer aldı.

Dövlət və hökumət başçılarının, yüksəksəviyyəli qonaqların və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hər kəs üçün adekvat mənzil və dayanıqlı icmaların təmin olunmasına dair siyasi iradənin güclü olduğunu bir daha nümayiş etdirdi”.

Lamiyə Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
qafqazinfo.az

1Mənbələr