AZ

“Klassikanın qovşağında doğan müasirlik” adlı mühazirə keçirilib FOTO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Mayın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində "Klassikanın qovşağında doğan müasirlik" adlı mühazirə keçirilib.

Mühazirə AMİM-nin müasir üslublu keçid korpusunun layihə müəllifi, memar Abdul Hüseynov tərəfindən təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-tədqiqat üzrə direktor müavini Aytən Əhmədova qonaqları salamlayaraq mühazirənin memarlıq və mədəni irs mövzularının aktuallığı baxımından əhəmiyyətini vurğulayıb. Tədbirdə tanınmış kulturoloq, professor, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov və Əməkdar mədəniyyət işçisi Nailə Rəhimova çıxış edərək mühazirənin əhəmiyyəti və məruzəçi haqqında yüksək fikirlərini iştirakçılarla bölüşüblər.

Görüş zamanı muzey memarlığında klassik və müasir üslubun vəhdəti, tarixi memarlıq irsinin qorunaraq yeni memarlıq həlləri ilə uzlaşdırılması, eləcə də Azərbaycan Milli İncəsənət Muzeyinin memarlıq transformasiyası barədə maraqlı məlumatlar təqdim edilib. Şüşəli korpusun yaranma prosesi, ideyanın ilkin mərhələsindən son versiyasınadək təklif olunan memarlıq həlləri müzakirə olunub, layihə ilə bağlı hazırlanmış çertyoj və maketlər iştirakçılara əyani şəkildə nümayiş etdirilib.

Tədbirin sonunda qonaqlar muzeydə yeni açılmış "Küləklər şəhərinin salnaməsi. XIX-XXI əsrlər rəssamlarının əsərlərində Bakı" adlı sərgi ilə tanış olublar.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
news.milli.az

1Mənbələr