AZ

Qayınanasının evində uşağını görmək istəyən kişi 1000 manat cərimələndi

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Sabunçu rayonunda ər arvadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 4-də baş verib. Şamaxı rayon sakini, 1994-cü il təvəllüdlü İslam həmin gün saat 12 radələrində qayınatasının yaşadığı evin qonaq otağında həyat yoldaşı Zərrin ilə mübahisə edib. Mübahisə zamanı Zərrinin onunla kobud danışaraq üzündən itələməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə qadının qol nahiyəsindən bir dəfə vurub, ona xəsarətlər yetirib. 

İş üzrə izahat verən İslam bildirib ki, təxminən 3 il öncə Zərrin ilə ailə həyatı qurublar, bu nikahdan bir azyaşlı övladları olub:“Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar mütəmadi olaraq aramızda müxtəlif səbəblərdən mübahisələr yaşanıb. Hazırda boşanmışıq”. Təqsirləndirilən şəxs deyib ki, təxminən bir il öncə Zərrin övladını da götürərək atasının evinə köçüb:“Bu müddət ərzində az da olsa, onların evinə gedərək övladım ilə görüşmüşəm. Məlum hadisə günü, təxminən saat 12 radələrində onların yaşadığı evə getdim. Övladımı qucağıma götürdükdə Zərrin onu əlimdən almaq istədi və məni nalayiq ifadələrlə təhqir etdi. Bu zaman aramızda mübahisə yarandı. Ona irad bildirdikdə isə əli ilə üzümdən itələdi. Bundan qəzəblənərək əlim ilə bir dəfə Zərrinin qol nahiyəsindən itələyərək özümdən uzaqlaşdırdım. Evdə olan qardaşı və bacısı bizi aralaşdırdılar”.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İslam 1000 manat məbləğində cərimə olunub. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
demokrat.az

1Mənbələr