AZ

Nadir Qafarzadə: “Fikrimlə razılaşmayanlar feministlər, küçə adamları idilər…”

Müğənni Nadir Qafarzadə “Sosial şəbəkələr baxımından deyirəm ki, ən abırsız və həyasız  insanlar Azərbaycandadır. 1-2 faiz yaxşılardan uzaq” açıqlamasına görə tənqid edilməsinə münasibət bildirib.

 
Müğənni Pravda.az-a müsahibəsində deyib ki, fikirləri heç də tənqidlə qarşılanmayıb.
 
N.Qafarzadə qeyd edib ki, insanların əksəriyyəti onun fikri ilə razılaşıb: “Razılaşmayanlar feministlər, küçə adamları idilər. Bir var küçə itləri, onlar dördayaqlıdır, bir də var, küçə adamları, küçə qadınları, bunlar isə ikiayaqlıdır. Amma hər ikisi sahibsizdirlər. Girin səhifəmə baxın, iki yüz min adam izləyir, hamı da fikrimlə razılaşıb. Mən xalqı təhqir etməmişəm. Əstəğfirullah, yaxşı baxsanız, görərsiniz. Lazım olanları tənqid etmişəm. Yaxşı ki, təhqir etməmişəm, amma o da yaxın zamanda inşəallah gözlənilir. Deyirlər ki, xalqı sosial şəbəkələrdə bu vəziyyətə gətirənlər elə müğənnilərdir. Xeyr! O sizə elə gəlir. Müğənni səhnə adamıdır, istədiyi vaxt müxtəlif obrazlarda, imiclərdə ola bilər. Siz niyə müğənniyə baxıb ondan ədəb-ərkan götürürsünüz ki? Hər kəsin evdə ata-anası, qardaşı, əmisi, xalası, bibisi var… Siz onlardan ibrət götürün. Müğənnidən ibrət götürmək lazım deyil, ona, sadəcə, qulaq asın, izləyin. Çox absurd fikirdir ki, müğənni cəmiyyəti pozdu. Sənin ağlın olsun, pozulma, heç dəxli var? Müğənni kəlləmayallaq aşır, sən də ona baxıb aşacaqsan? Yaxud dəli olub, özünü qayadan atır, sən də özünü qayadan atacaqsan? Müğənnilər istədikləri kimi geyinə bilərlər. Çox savadsız yanaşmadır. Mən pozuluram, sən mənə baxma... Get yaxşıdan ibrət götür. Mənə niyə baxıb pozulursan? Özü pozğun insandır, səbəb axtarır ki, mən buna görə pozuldum. Xeyr, heç kim heç kimi pozmur. Sənin canında pozğunluq, ədəbsizlik, abırsızlıq var. Buna görə də sən abırsızsan”.

Seçilən
12
1
yenilik.az

2Mənbələr