AZ

Anar Əsədliyə hökm oxundu

Yüksəliş Partiyasının (ləğv edilib) sədri Anar Əsədlinin cinayət işi üzrə növbəti məhkəmə araşdırması başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, A.Əsədli külli miqdarda dələduzluqda təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmə gedişində barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

Seçilən
4
4
bizim.media

7Mənbələr