Kriştianu Ronaldunun formasını geyindiyi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" rus futbolçu transfer etməyi planlaşdırır.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Ər-Riyad təmsilçisi PSJ-nin qapıçısı Matvey Safonovu heyətinə cəlb etmək niyyətindədir.
Sözügedən klubun 27 yaşlı qolkiper üçün Fransa nəhənginə rəsmi təklif göndərəcəyi bildirilib. Ərəblərin Paris komandasının "Arsenal"a qarşı mayın 30-da keçirəcəyi UEFA Çempionlar Liqasının final oyununu izləmək üçün Macarıstanın paytaxtı Budapeştə yollanacaqları vurğulanıb.
2024-cü ildən PSJ-nin uğurları üçün çalışan Safonov cari mövsüm bütün turnirlərdə 26 matça çıxıb. "Çərçivə" qoruyucusu bu görüşlərin 12-də qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Toğrul