AZ

Ronaldodan yeddi ay sonra Messi də milyarder oldu


Argentinalı futbolçu Lionel Messinin sərvəti 1 milyard dolları keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz hesablamalarına istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, “İnter Mayami”nin hücumçusu portuqaliyalı Kriştianu Ronaldodan yeddi ay sonra milyarderlər klubuna qoşulub.
Argentinalı 2007-ci ildən bəri bonuslar da daxil olmaqla 700 milyon dollar qazanıb. Son illərdəki iqtisadi artım, investisiya gəliri və sponsorluq müqavilələri nəzərə alınmaqla, futbolçunun ümumi sərvəti 1 milyard dolları keçib. Bu səbəbdən agentlik Messini “Bloomberg Milyarderlər İndeksi”nə daxil edib.
Ronaldo isə 2025-ci ilin oktyabrında indeksə qoşulub və “Bloomberg” tərəfindən milyarder seçilən ilk futbolçu olub.
Qeyd edək ki, 2023-cü ildə Messi “İnter Mayami” ilə müqavilə imzalayıb. Bu müqaviləyə onun gəlirinin bir hissəsinin klub səhmləri şəklində ödənilməsi daxildir. Bu baxımdan ümumi ödəniş ildə 70-80 milyon dollara çatır.
Seçilən
9
1
yeniavaz.com

2Mənbələr