BMT Azərbaycanda həyata keçirilən minatəmizləmə işlərinə dəstəyini davam etdirir. Bunu BMT-nin Baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekun mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, minatəmizləmə olduqca vacib və uzunmüddətli prosesdir.
Amina Mohammed qeyd edib ki, bu fəaliyyət yalnız ərazilərin təhlükələrdən təmizlənməsi ilə məhdudlaşmır. O vurğulayıb ki, proses həm də etimad mühitinin formalaşdırılması, infrastrukturun yenidən qurulması və insanlar üçün daha təhlükəsiz yaşayış mühitinin yaradılması istiqamətində mühüm rol oynayır.