AZ

TDT Baş katibi İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev  Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbrik edib.

Təbrik məktubunda Ömüralıyev Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanı yaratmasının bütün Türk dünyası üçün fəxr mənbəyi olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə qurumun beynəlxalq nüfuzu artıb və çoxtərəfli əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

Baş katib, həmçinin, İlham Əliyevin Türk Dövlətləri Təşkilatının gücləndirilməsi və beynəlxalq arenada nüfuzunun artırılmasına verdiyi töhfələri yüksək qiymətləndirib.

Seçilən
2
anews.az

1Mənbələr