Qətərin milli aviaşirkəti olan “Qatar Airways”, ABŞ-İsrail müharibəsi nəticəsində dəyən zərərə görə təxminən 60 min işçisinin illik bonuslarından imtina edəcək.
Bu barədə İqtisadiyyat.az “Bloomberg”ə istinadən xəbər verir.
Dohada yerləşən aviaşirkətin İranda hərbi əməliyyatların başlamasından sonra genişmiqyaslı uçuşların ləğvi səbəbindən əhəmiyyətli itkilər verdiyi bildirilir.
Qeyd edilib ki, Yaxın Şərqdəki münaqişə aviaşirkətə əhəmiyyətli dərəcədə təsir göstərməyə davam etdiyindən və rəhbərliyi uzunmüddətli sabitliyi prioritet hesab etdiyindən işçilər bu il bonus almayacaqlar.
Məlumata görə, aviaşirkətin işçiləri 3 ildir ki, bonus alırlar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


