Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Nikol Paşinyan başqa ölkələrdə, o cümlədən Rusiyada qanunsuz yaşayan Ermənistan vətəndaşlarının deportasiyasını təbii hal hesab etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan-Rusiya münasibətlərinin hazırkı mərhələsində Rusiya tərəfindən Ermənistan vətəndaşlarının kütləvi deportasiyası ilə bağlı narahatlıqlara münasibət bildirib.
Baş nazir qeyd edib ki, bu cür narahatlıqlar əsassızdır, çünki müvafiq qaydalar qüvvədədir və bundan sonra da tətbiq olunacaq. “Digər tərəfdən, seçki kampaniyası zamanı Rusiyadan geri qayıdan və Ermənistanda qalmaq istədiklərini deyən çoxlu Ermənistan vətəndaşı ilə görüşürəm. 2025-ci il Ermənistan Respublikasından miqrasiyanın dayandığı və immiqrasiyanın başladığı ilk il olub”, – deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, uzun illərdir Rusiyada qanunsuz yaşayan Ermənistan vətəndaşlarının deportasiyası halları baş verib. Baş nazir qeyd edib ki, bəzi şəxslər hətta bu problemdən yayınmaq üçün ad və soyadlarını dəyişməyə məcbur olublar.
Paşinyan bildirib ki, bütün dövlətlər öz ərazilərində qanunsuz yaşayan əcnəbiləri deportasiya edir. “Qanuni əsaslarla yaşayan şəxsləri deportasiya edə bilməzlər. Amma qanunsuz yaşayanları nəinki edə bilərlər, hətta buna borcludurlar”, – deyə o əlavə edib.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.