ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Ayaks”ın futbolçusu Cordan Henderson İngiltərəyə qayıda bilər.
Futbolpress.az xəbər verir ki, “Sanderlend” 34 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Football İnsider” portalı məlumat yayıb. Çempionşip klubu yanvarda Hendersonu icarəyə götürmək niyyətindədir.
Cordan bu mövsüm “Ayaks”la 12 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçi daha əvvəl İngiltərədə “Liverpul”un formasını geyinib. O, “qırmızılar”da kapitanlıq sarğısını daşıyıb.
“Qarabağ” oktyabrın 24-də Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda “Ayaks”ı qəbul edəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.