AZ

ABŞ dövlət katibi NATO nu hərbi istehsalını sürətlə artırmağa çağırıb

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ dövlət katibi Marko Rubio NATO-nun baş katibi Marko Rutte ilə görüşündə təşkilatı hərbi istehsalı artırmağa çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ rəsmisi özü X platforma hesabında məlumat verib.

Rubio yazıb: “Mən vurğuladım ki, Şimali Atlantika Alyansı Ankarada keçiriləcək qarşıdan gələn sammitdə silah istehsalını sürətlə artırmaq üçün birmənalı öhdəlik götürməlidir”.

Onun sözlərinə görə, Vaşinqton hərbi blokun müdafiə sənayesi bazasını genişləndirməsini və xərcləmə öhdəliklərini həqiqi döyüş qabiliyyətlərinə çevirməsini gözləyir.

Dövlət katibi qeyd edib ki, NATO-nun gücü Avropa ölkələrinin gücündən asılıdır.

Maqsud

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
icma.az

1Mənbələr