AZ

ABŞ İran arasında yekun razılaşma versiyası: Müharibəyə son qoyulur?

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaxın Şərqdən müsbət xəbərlər gəlməkdədir. ABŞ və İran Pakistanın vasitəçiliyə ilə razılaşmanın yekun versiyası üzərində razılığa gəliblər.

Razılaşma sənədində bütün istiqamətlərdə dərhal və tam atəşkəs, infrastruktura hücumların dayandırılması, Fars körfəzi və Hörmüz boğazında sərbəst naviqasiyanın təmin edilməsi və İranın razılaşmanın şərtlərinə əməl etməsi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvi kimi məsələlər yer alıb.

Razılaşmanın yaxın saatlarda elan ediləcəyi və həll olunmamış məsələlər üzrə danışıqların bir həftədən gec olmayaraq başlayacağı gözlənilir.

Siyasi şərhçi Ramiyyə Məmmədova Bakupost.az-a bildirib ki, belə bir razılaşma əldə olunsa da belə, bu hələ müharibənin tam bitməsi anlamına gəlməməlidir. Ancaq müvəqqəti atəşkəs belə tərəflərin rahat hərəkətinə imkan yaradacaq:

“Yaranmış vəziyyətdə belə, qısa vadəli hansısa hərbi əməliyyatların baş verməsi ehtimalı hələ tam aradan qalxmayıb. ABŞ İsraili də sakit oturması üçün cilovlamalıdır”.

Həmsöhbətimiz qeyd edir ki, belə bir razılaşma əldə olunacaqsa, Fars körfəzi və Hörmüz boğazı üzərindən keçən bütün loqistik yollar, gəmilər üçün bundan sonra normal keçid bərpa olunacaq:

“Nəticədə dünya iqtisadiyyatında bu fonda yaşanan problemlər müəyyən qədər azalacaq. Belə bir sənədin qəbulu həmçinin o demək olacaq ki, sanksiyaların zəiflədilməsilə İran vaxt udacaq. Nəticədə İran bundan sonra ölkəsində yenidənqurma işlərinə başlayacaq”.

Ekspertin sözlərinə görə, bu istiqamətdə razılaşma olacaqsa, daha sonra Pakistan məsələni daha da dərinləşdirməyə səy göstərəcək:

“Sənəd üzərində olmasa da müharibənin dayandırılmasını əldə edə bilər. Ancaq bu günki gündə bu hələ ki, gözlənilmir”.

Rüfət Sultan, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
www.bakupost.az

1Mənbələr