“Latsio”nun vingeri Pedro Rodriqes mövsümün sonunda komandadan ayrılacaq.
Rekord.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflərin cari mövsüm başa çatdıqdan sonra əməkdaşlığa son verəcəyi bildirilib.
38 yaşlı futbolçu azarkeşlərlə vidalaşarkən emosional açıqlama verib:
“Piza”ya qarşı oyun mənim “Latsio” forması ilə son matçım olacaq. Bu klubun formasını geyinməkdən qürur duydum. Mən həmişə sizdən biri olaraq qalacam. İrəli, “Latsio”!”
İspaniyalı oyunçu 2021-ci ildən etibarən “Latsio”nun uğurları üçün çalışırdı. O, cari mövsümdə İtaliya A Seriyasında 28 oyunda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Latsio” son tur öncəsi 51 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.