AZ

Ərinin baş rolda çəkildiyi serialda onu da görəcəyik

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədə yayımlanan A.B.İ. serialının heyətinə aktyor Kənan İmirzalıoğlunun xanımı, aktrisa Sinem Kobal qatılacaq.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun yeni mövsümdə layihədə yer alacağı bildirilir.

Qeyd edək ki, serialın baş rollarından birinə həyat verən Afra Saraçoğlunun layihədən ayrılacağı ilə bağlı iddialar yayılıb. Buna səbəb olaraq onun partnyoru Kənan İmirzalıoğlu ilə arasındakı yaş fərqi göstərilib. Belə ki, İmirzalıoğlunun 52, Saraçoğlunun isə 29 yaşı var. Onlar arasındakı yaş fərqi sosial şəbəkələrdə tez-tez müzakirələrə səbəb olurdu.

Xatırladaq ki, Kənanla Sinem 2016-cı ildə ailə qurub. Onların bu evlilikdən Lalin və Leyla adlı iki qızı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
qafqazinfo.az

1Mənbələr