AZ

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə aprelin 8-dən mayın 20-dək şifahi müsahibə mərhələləri keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a məlumat verilib ki, müsahibələr tam şəffaf və obyektiv qaydada, videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 92 vəkilliyə namizəd iştirak edib.

İmtahanların nəticələrinə əsasən, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığı təsdiq edilən 79 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.

Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi mayın 25-i saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq.

Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.

Seçilən
3
2
yeniazerbaycan.com

8Mənbələr