AZ

Azərbaycan dünya startap reytinqində 7 pillə geriləyib

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Global StartupBlink qurumu 2026-cı il üçün növbəti “Qlobal Startap Ekosistemi İndeksini” açıqlayıb.

Bu dəfə Azərbaycan dünya startap ekosistemləri reytinqində 7 pillə geriləyərək 81-ci yerə düşüb. Ötən il ölkəmiz 6 pillə irəliləyərək 74-cü yerdə qərarlaşmışdı. Bununla belə, hesabatda Azərbaycanın ekosistem üzrə illik artımı 7.3% olaraq göstərilib.

Yəni bu o demək ki, müəyəyn addımlar atılıb, amma qonşularımzı və digər ölkələr də “yatmayıblar”

Reytinqdə vəziyyət belədir :

ABŞ — 1-ci yer

İsrail — 3-cü yer

Çin — 15-ci yer

Hindistan — 21-ci yer

Səudiyyə Ərəbistanı — 28-ci yer

Türkiyə — 38-ci yer

Ukrayna — 43-cü yer

Ermənistan — 55-ci yer

Gürcüstan — 66-cı yer

Qazaxıstan — 71-ci yer

Özbəkistan — 79-cu yer

Azərbaycan — 81-ci yer

Belarus — 95-ci yer

Ən diqqət çəkən məqamlardan biri Özbəkistanın cəmi bir ildə 19 pillə irəliləməsi və 227% artım nümayiş etdirməsidir.

Gürcüstan isə 78% artımla 5 pillə yüksəlib. Ermənistan da bizdən xeyli öndədir. Qazaxıstan isə 26.5% artımla yenə region liderlərindən biri olaraq qalır.

Azərbaycanda son illərin dinamikası belə olub:

2020-ci il — 70-ci yer

2021-ci il — 89-cu yer

2022-ci il — 85-ci yer

2023-cü il — 84-cü yer

2024-ci il — 80-ci yer

2025-ci il — 74-cü yer

2026-cı il — 81-ci yer

Hesabatdan görünür ki, dünyada startap ekosistemləri arasında rəqabət artıq çox sürətlənib.

Xüsusən də Mərkəzi Asiya, Körfəz ölkələri və Şərqi Avropada ciddi sıçrayışlar var. StartupBlink hesabatında Mərkəzi Asiyanın dünyanın ən sürətli böyüyən subregionu olduğu xüsusi vurğulanır.

Şübhəsiz ki, Azərbaycanda da son illər müəyyən addımlar atılıb. İRİA, KOBİA, ASAN, SABAH.HUB və digər qurumlar tərəfindən ekosistemin inkişafı istiqamətində müəyyən fəaliyyətlər görünür.

KOBİA tərəfindən verilən Startap şəhadətnamələrinin sayı artır, bəzi innovasiya mərkəzləri yaradılır, tədbirlər və akselerasiya proqramları keçirilir.

Amma görünən odur ki, sistemli problemlər hələ də qalır:

— investisiya əlçatanlığı zəifdir, Caucasus Ventures etimadı doğrultmayıb

— vençur maliyyələşməsi üzrə qanunvericilik hələ də qəbul edilməyib

— universitetlərdə innovasiya və startap mühitinin inkişafına dəstək yoxdur

— erkən mərhələ startaplarının yaşaması çox çətindir

— beynəlxalq bazarlara çıxış imkanları məhduddur və s.

Ən vacib məsələ isə odur ki, artıq region ölkələri çox daha aqressiv və sistemli şəkildə ekosistem qururlar.

Səudiyyə Ərəbistanı son 4 ildə 72-ci yerdən 28-ci yerə yüksəlib. Özbəkistan və Gürcüstan isə artıq tamamilə yeni mərhələyə keçirlər.

Belə görünür ki, Azərbaycanda artıq “tədbir yönümlü” yanaşmadan çıxıb real dəstək və nəticə , investisiya, texnologiya transferi və qlobal inteqrasiya üzərində fokuslanmaq lazımdır.

İRİA-dan gözləntilər daha çoxdur.

Amma elə bu hesabatdan da görsenir ki İRİA məhz startap və innovasiya sahəsində hələ də böhrandan çıxa bilməyib. Ciddi kadr axınları baş verir qurumda .Hələ də bu sektora cavabdeh olan bir müavin tapa bilməyiblər.

Real dəstək proqramları yoxdur, universitetlərlə işlər və dəstək hədsiz zəifdir, güzəştlər düzgün tətbiq edilmir və s.

Ümid edirəm tezliklə toparlanıb ekosistemin inkişafına yönəlik səylərini gücləndirəcəklər.

Osman Gündüz

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr