AZ

ABŞ Livanın 9 vətəndaşını sanksiya siyahısına əlavə edib

ABŞ Livanın 9 vətəndaşını sanksiya siyahısına əlavə edib

ABŞ rəhbərliyi Livanda "Hizbullah" ilə əlaqələri olduğu əsası ilə aralarında millət vəkillərinin də olduğu 9 nəfərin sanksiya siyahısına əlavə etdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqotun verdiyi açıqlamada "Bu gün ABŞ "Hizbullah"ın Livanın suverenliyini zədələməsinə imkan verən 9 şəxsə sanksiya tətbiq edib" ifadələri yer alıb.

Açıqlamada sözügedən şəxslərin "Hizbullah"la əlaqələri səbəbindən sanksiya siyahısına əlavə edildiyi bildirilib.

Digər tərəfdən, ABŞ Xəzinədarlıq Departamentinin yaydığı yazılı açıqlamada sanksiya tətbiq edilən şəxslərlə bağlı məlumatlar paylaşılıb.

Buna görə, Livan Parlamentinin üzvü və "Hizbullah"ın İcraiyyə Şurasına sədrlik edən Məhəmməd Fəniş, 2005-ci ildən bəri "Hizbullah" adından Livan Parlamentində millət vəkili olan Həsən Fədlallah, "Hizbullah"ın Media Komitəsinin rəhbəri və hazırkı millət vəkili İbrahim Musevi, həmçinin 1982-ci ildən bəri "Hizbullah" üzvü və 1996-cı ildən bu yana millət vəkili olan Hüseyn əl-Hac Həsən sanksiya siyahısına daxil edilib.

Həmçinin İranın Livandakı səfiri Məhəmməd Rza Şeybani, "Əməl" hərəkatının təhlükəsizlik məsul şəxsi Əhməd Əsəd Baalbeki, Livanın cənubundakı "Əməl" hərəkatı milislərinin komandiri Əli Əhməd Səfəvi, Livan Baş Təhlükəsizlik İdarəsinin Milli Təhlükəsizlik İdarəsinin rəhbəri briqada generalı Xəttar Nəsrəddin və Livan Ordusu Kəşfiyyat İdarəsinin Dahiye Şöbəsinin rəhbəri polkovnik Samer Həmədə də eyni şəkildə "Hizbullah"la əlaqələri səbəbindən sanksiya siyahısına alınıb.

Seçilən
8
afn.az

1Mənbələr