AZ

Kəndlilər yığışıb cadugər kişini diri diri yandırdı

ain.az bildirir, Lent az portalına istinadən.

Hindistanın Odisha ştatında polis gənc Tikima Bexeranın yandırılmış qalıqlarını tapıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, kəndin təxminən 25 sakini Bexeranı qara magiya ilə məşğul olmaqda ittiham edib. Onlar kişini qohumlarının evindən çıxararaq diri-diri yandırıblar.

Mərhumun atasının sözlərinə görə, təxminən yeddi il əvvəl Bexeranı həyat yoldaşı tərk edib və o, qardaşının evinə köçüb. Yaşlı kişi oğlunun niyə cadugərlikdə şübhəli bilindiyini izah edə bilməyib.

Polis özbaşına cəza aksiyasını təşkil edən şəxsləri saxlayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
lent.az

1Mənbələr